news Image
2014.06.01
23:01
| A A A
Rusiyada Mi-8 qəzaya düşdü
Rusiya Federasiyasında içərisində 19 nəfərin olduğu helikopter qəzaya düşüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Mi-8 helikopterinin Murmansk vilayəti ərazisində qəzaya düşdüyü bildirilir.

İlkin xəbərdə deyilir ki, qəza zamanı iki nəfər sağ qalıb, 17 nəfərin taleyi haqda isə heç nə bilinmir. Murmansk vilayəti daxili işlər idarəsinin açıqlamasında deyilir ki, helikopterin göyərtəsində 5 ekipaj üzvü olmaqla, cəmi 19 nəfər olub. 

Helikopter Kanozero sahəsindən Apatitə doğru uçurmuş.

Sağ qalanların kimliyi də açıqlanıb. Onlardan biri şirkətdə çalışan baş həkim, ikincisi isə Sankt-Peterburq meşə təsərrüfatı institutunun regional inkişafı üzrə direktor müavinidir. Bu şəxslərin sağ qalmasına oturduqları kreslo köməklik göstərib və suda batmayıblar.

Qeyd edək ki, itkin düşənlər arasında Murmansk vilayət qubernatorunun müavini Sergey Skomaroxov, "Apatit" şirkətinin baş direktoru Aleksey Qriqoryev də var. 

Alınan son məlumata görə, helikopterin düşdüyü ərazidə heç kəs yaşamır və bu baxımdan da onlarla əlaqə tam kəsilib.

Xilasedicilərin artıq hadisə yerinə yaxınlaşdıqları da deyilir. Ərazidə 100 nəfərə yaxın insan axtarış aparır. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs