news Image
2014.06.02
09:30
| A A A
Azərbaycanda xarici diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılıb

Azərbaycanda nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.


Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dən aparılmayacaq.

 

Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və Dövlət proqramı çərçivəsində təhsil alan, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur.

 

Ümumi qaydada sənəd qəbulu isə sentyabrın 1-dən bərpa olunacaq.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs