Əlaqə Arxiv
news Image
2014.06.02
10:59
| A A A
Bakıda azyaşlı sürücü qəza törətdi, yaralı var

Ötən gecə Bakının Nəsimi rayonunda 3 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Movqe.az anspress-ə istinadən bildirir ki, hadisə zamanı Cavadxan küçəsi ilə hərəkət edən "Toyota", "Leksus" və "Hyundai" markalı minik maşınları toqquşub. 


Qəzanın baş verməsinə səbəb isə "Toyota"nın "Leksus" və "Hyundai" markalı avtomobillərin arasından sürətlə ötməsi olub. "Toyota"nı idarə edən azyaşlı uşaq ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirərək əvvəlcə "Leksus" markalı maşını vurub. 


Hadisə nəticəsində "Leksus" zərbənin gücündən yol kənarındakı divara çırpılıb. 


Bundan sonra "Toyota"nı idarə edən sürücü yolun sağ tərəfi ilə hərəkət edən "Hyundai" markalı avtomobilə çırpılaraq divara sıxıb.


Avtoqəza zamanı "Leksus"un sürücüsü xəsarət alıb.


Hadisə yerinə Nəsimi Rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları cəlb ediliblər. Yol nəqliyyatı hadisəsi zamanı yolda uzun müddətli tıxac da yaranıb. Qəza zamanı yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparıldıqdan sonra nəqliyyatın hərəkəti qaydasına düşüb.


Qəza ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Sizin Reklam Yeriniz