news Image
2014.06.02
10:46
| A A A
“ASAN xidmət”dən növbəti yenilik

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində növbəti innovativ tətbiq - SMS məlumatlandırma funksiyası təmin edilib. 


"Qafqazinfo" ya daxil olan məlumata görə, SMS məlumatlandırma "ASAN xidmət" mərkəzlərində müvafiq xidmətlər üzrə növbə götürmüş vətəndaşların öz növbə müddətinin yaxınlaşması barədə məlumatlandırılmasına imkan yaradır. Belə ki, mərkəzlərdə müvafiq xidmətlər üzrə növbə götürülən zaman şəxs mobil nömrənin yazılması qeyd olunan xananı doldurmaqla SMS məlumatlandırma funksiyasından yararlana bilər. Mobil nömrə qeyd edildikdən sonra şəxs öz növbəsinin çatmasına 5 və daha çox növbə sayı üçün xəbərdarlıq edilməsi ilə bağlı sorğunu cavablandırmalı və növbə biletini çap etdirməlidir. Bundan sonra şəxs öz növbə müddətinin çatmasına müvafiq olaraq seçdiyi növbə sayı qaldığı zaman mobil telefonuna gələn SMS vasitəsi ilə məlumatlandırılacaq.


SMS məlumatlandırma vasitəsi ilə ASAN xidmətlərdən faydalanmaq istəyən şəxslər zamanlarının daha da səmərəliliyini təmin etmiş olarlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs