news Image
2014.06.02
13:15
| A A A
Rusiyada Azərbaycan vətəndaşı faciəvi şəkildə öldü

54 yaşlı kişi binanın damından düşüb

Rusiyada Azərbaycan vətəndaşı ölüb. Movqe.az-ın anspress-ə  istinadən məlumatına görə, hadisə iyunun 1-də günorta saatlarında Babuşkina küçəsində qeydə alınıb. 54 yaşlı Azərbaycan vətəndaşı Sankt Peterburq şəhərindəki 135 saylı beşmərtəbəli binanın damından düşüb. 


Sankt Peterburqda qeydiyyatsız yaşayan kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. 


Mərhumun adı açıqlanmayıb. Onun düşdüyü və ya intihar məqsədilə özünü atdığı araşdırılır.


Rusiya mətbuatının məlumatına görə, həmin gün şəhərdə daha bir anoloji fakt baş verib. 42 yaşlı əlil qadın beşinci mərtəbədəki evinin eyvanından düşərək ölüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs