Əlaqə Arxiv
news Image
2014.06.02
15:00
| A A A
Müəllimlərə yeni xəbər

Azərbaycan Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi üçün tətbiq olunacaq müsahibə proqramının detallarını açıqlayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, müsahibə zamanı namizədin peşəkar kompetensiyalarına, ixtisas üzrə bilik və bacarıqlarına (ümumi təhsil proqramları (kurikulumları) çərçivəsində), metodiki biliklərinə (pedaqoji prosesin təşkili, müasir dərs və ona verilən tələblər, müasir təlim strategiyaları, yeni fənn kurikulumları, qiymətləndirmə konsepsiyası sahəsində bilikləri), təhsil sahəsində məlumatlılığına, dünyagörüşünə, şəxsi keyfiyyətlərinə, emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığına, analitik təhlil aparmaq, problemi həll etmək və qərar vermək qabiliyyətinə, dinləmə və ünsiyyətqurma bacarıqlarına diqqət veriləcək.Müsahibədə peşəkar kompetensiyalar 35 bal (ixtisas üzrə bilik və bacarıqlar - 25 bal, metodiki biliklər - 10 bal), təhsil sahəsində məlumatlılıq, dünyagörüşü, şəxsi keyfiyyətlər 5 bal (hər bir meyar üzrə 1 bal) üzrə qiymətləndiriləcək.Müsahibənin ilk mərhələsi yazılı formada kompüter vasitəsilə keçirilir. Müəllimlər ixtisas və metodika üzrə yazılı sualları 1 saat ərzində cavablandırır, dərhal proqram təminatı vasitəsilə qiymətləndirmə aparılır və düzgün cavabların sayı müəyyən edilir.İkinci mərhələdə yüksək bal toplayan şəxslərlə (yerdəyişmə üçün müraciət edənlərin sayından asılı olaraq, komissiya tərəfindən müsahibəyə buraxılanların faizi müəyyənləşdiriləcək) şifahi müsahibə aparılır, təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilir. Sonra həmin şəxslərin iki mərhələ üzrə balları proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.Yerdəyişmə üçün 1 vakant yerə iddia edənlərin sayı 1 nəfər olduqda müsahibə şifahi formada da aparıla bilər. Bu zaman peşə kompetensiyaları üzrə şifahi suallara verilən cavablar və şəxsi keyfiyyətlər qiymətləndirilir, nəticələr proqram təminatına daxil edilərək yerləşdirmə aparılır. Yerdəyişmə üzrə vakant yerlərə yerləşdirmənin nəticələri dərhal elan edilir.

Sizin Reklam Yeriniz