news Image
2014.06.02
15:04
| A A A
Nazirlikdən ana ölümü ilə bağlı açıqlama: "10 nəfər vəzifəsindən azad edilib"
Anar Qədrili: "Bu araşdırmaların nəticəsi ictimaiyyətə yaxın vaxtlarda açıqlanacaq"

"Səhiyyə Nazirliyinin  Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən baş verən bütün ana ölümü hadisələri araşdırılır. Bu araşdırmaların nəticəsi ictimaiyyətə yaxın vaxtlarda açıqlanacaq. Nəticələr barədə məlumatların  verilməməsi, xeyli müddət çəkməsinin səbəbi hadisənin daha dəqiq araşdırılması məqsədi daşıyır".  

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrili billdirib. A. Qədirlinin sözlərinə görə, ümumiyyətlə bu ilin beş ayı ərzində ölkədə 10 ana ölümü qeydə alınıb: "Ana ölümündə təqsirli olan hər bir tibb işçisi barədə müvafiq tədbirlər görülür. Cari ilin əvvəlindən bu hadisələrlə bağlı 9-u həkim, 1-i orta tibb işçisi olmaqla, 10 nəfər vəzifəsindən azad edilib, 31 nəfərə qarşı inzibati tənbeh tədbirləri görülüb. Respublikanın 2 rayonunun baş mama-ginekoloqları, Bakı Şəhər 3 saylı Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri vəzifələrindən azad olunublar. Bundan əlavə  Ağstafa Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinin müdiri Ziba Məmmədovanın və Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovun tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs