news Image
2014.06.02
15:37
| A A A
İspaniya Kralı taxtı oğluna təhvil verdi

İspaniya Kralı Juan Karlosun taxtı oğlu Şahzadə Felipeyə vermək qərarı aldığı bildirilib. 


Movqe.Az xəbər verir ki, İspaniya baş naziri Mariano Rajoy, televiziyalardan yayımlanan çıxışında, 76 yaşındakı Kral Juan Karlosun taxtı 46 yaşındakı oğluna qoyacağını söyləyib. 


Rajoy, taxtın nə vaxt veriləcəyinə dair bir tarix açıqlamayıb. Hökumətin bunun üçün qanuni prosedur hazırlığına girməsi gözlənilir. 


Diktator Francisko Frankonun ölümündən iki gün sonra 1975-ci ildə taxta keçən Kral Juan Karlosun bəzi sağlamlıq problemləri olduğu bilinirdi. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs