Əlaqə Arxiv
news Image
2014.06.02
17:00
| A A A
Jurnalistin qardaşı Suriyaya döyüşə gedib? - FOTO
Tanınmış jurnalist Akif Nəsirli qardaşı, sələfi təriqətinin üzvü Firuz Nəsirovun  Suriyaya döyüşə getməsi barədə sosial şəbəkədə məlumat yayıb. Movqe.az xəbər verir ki, jurnalist qardaşının son üç ildir ki, dinlə aktiv məşğul olduğunu, Qaraçuxur məscidində namaz qıldığını qeyd edib. Bildirib ki, ilk vaxtlar qardaşı çox radikal olub: "Biz də ona deyirdik ki, radikallıqdan əl çəksin. Suriyadakı döyüşlərin oyun olduğunu anladırdıq. Bizimlə razılaşırdı. Mayın 29-da mənə zəng edib dedi ki, Türkiyəyə müalicəyə gedəcəm. Böyrəyində problemi vardı. Dedim ki, bu xəstəliyi Bakıda da müalicə etmək mümkündür. Mayın 30-da digər qardaşımla görüşüb pul alıb. Bir gün sonra ona zəng çatmayıb. Telefonu bağlıdır". 

 A.Nəsirli qeyd edib ki, məsələ ilə bağlı polisə müraciət ediblər: "Polis bu gün bizə xəbər verdi ki, ölkədən çıxmayıb. Adı bütün sərhəd keçid məntəqələrinə verilib. Qaraçuxur məscidində də olmuşam. Qardaşımın şəkilini göstərdim tanıdılar, amma harada olduğunu demədilər. Bilirəm ki, Suriyaya gedən azərbaycanlı döyüşçülər Türkiyədən keçib gedirlər. Narahatlığım da bununla bağlıdır". 

Qeyd edək ki,  "Paralel" qəzetinin əməkdaşı olan Akif Nəsirli dünən yaydığı məlumatda mayın 28-dən etibarən qardaşından heç bir xəbər olmadığını deyib. O, qardaşının itkin düşməsi ilə bağlı rəsmi qurumlara da müraciət ünvanlayıb. 

Sizin Reklam Yeriniz