news Image
2014.06.02
17:44
| A A A
Polşanın ilk təyyarəçi-kosmonavtı BSU-da

           Bu gün Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski Bakı Slavyan Universitetinin qonağı olub. Movqe.az xəbər verir ki, Miroslav HermaşevskiBSU-da fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzi, polşaşünas-tələbələrin Azərbaycan və polyak dillərinə tərcümə etdikləri kitablarla tanış olub. Universitetin rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə universitetin rektoru  prof. A.A.Hacıyev qonağı salamlayaraq onu bu təhsil ocağında görməyinə şad olduğunu bildirib. BSU haqqında qonağa geniş məlumat verən rektor  Polşa ali məktəbləri ilə universitet arasında olan əməkdaşlıq əlaqələrindən, burada fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzindən və  Polyak dili Bazar Günü Məktəbindən danışdı: "Polşa ilə geniş əlaqələrimiz mövcuddur ki, bu əməkdaşlığın əsası  BSU-nun yaradıldığı gündən qoyulub." Azərbaycana Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov tərəfindən dəvət olunmuş kosmonavt  Miroslav Hermaşevskinin həyatına həsr olunub və Heydər Əliyev İrsini  Araşdırma Mərkəzinin nəzdindəki Tərcümə Laboratoriyası tərəfindən dilimizə tərcümə olunmuş "Çəkisizliyin yükü" adlı kitabının təqdimatının keçiriləcəyini bildirdi. Azərbaycana ilk səfəri olduğunu qeyd edən kosmonavt bu ölkəyə heyran olduğunu vurğuladı, BSU haqqında hələ Polşada olarkən müəyyən qədər məlumat topladığını qeyd etdi. O  belə bir universitetdə azərbaycanlı gənclər tərəfindən polyak dilinin öyrənilməsinin sevindirici hal olduğunu, buraya gəldikdə düşündüyündən daha səmimi qarşılandığını bildirdi. İştirakçılara öz həyatından   danışan qonaq kosmonavt olmağı uşaqlıqdan arzuladığını və çətin hazırlıq mərhələsindən keçərək arzuya 1978-ci ilin 27 iyun tarixində çatdığını - "Soyuz-6" kosmik gəmisi ilə göyləri fəth etdiyini söylədi. Sonda kosmonavtın "Çəkisizliyin yükü" adlı kitabının təqdimatına dair film nümayiş olundu. M.Hermaşevski  BSU-nun  müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırdı və kitablarını xatirə imzası ilə görüş iştirakçılarına hədiyyə etdi.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs