news Image
2014.06.02
17:48
| A A A
Nazirlik I sinfə qəbulu üçün sənəd qəbulunun vaxtını açıqlayıb

Azərbaycanda növbəti tədris ili üçün xususi istedadlı şagirdlərin 1-ci sinfə qəbul olması üçün sənədlərin təqdim edilməsi tarixləri açıqlanıb.Movqe.az -ın məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, I sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı şagirdlərə şamil olunur. Həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrində və nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış komissiyalar tərəfindən aparılır. Qaydalara görə, valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır. İndiyədək ali məktəblərin "Sabah" qruplarında təhsillərini davam etdirmək üçün 1568 tələbənin elektron qeydiyyatdan keçdiyini xatırladan C.Valehov qeyd edib ki, qeydiyyat iyunun 12-dən başa çatacaq. Sektor müdiri onu da əlavə edib ki, QHT-lər və ekspertlər ilə layihələrin həyata keçirilməsi üçün maliyyələşmə mexanizmi ilə bağlı növbəti təkliflər hazırlanıb və təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə layihə müsabiqəsi təşkil olunub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs