Əlaqə Arxiv
news Image
2014.06.02
16:14
| A A A
“Royal” yağları “Supersun”un uğurunu təkrarladı

Bu günə kimi Super Sun yağları ilə beynəlxalq festivallarda uğurla təmsil olunan və hər zaman qalibiyyət ilə vətənə dönən Azərbaycan Milli Kulinariya Komandası bu dəfə, Beynəlxalq Kulinariya Çempionatında iştirak edib. Komandamız yarışlarda "Azərsun Holdinq"in istehsalı olan "Royal omega 3" qarğıdalı yağı ilə təmsil olunub. Çempionatın nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirilib ki, qazanılan nailiyyətdə istifadə etdikləri məhsulların da mühüm rolu olub: "Bu dəfə komandamız məhz "Royal" və "Super Sun"yağlarına üstünlük verib. Bu da bu yağların xüsusiyyətləri ilə bağlıdır. Belə ki, "Royal Omega 3" ilə hazırlanan yeməklər mərkəzi sinir sisteminin dayanaqlılığını artırır, vücud və zehni inkişafı qüvvətləndirir. Digər vacib məqam ondan ibarətdir ki, bu yağ həm qazan xörəklərində, həm qızartmalarda, həm də bütün salatlarda əvəzolunmazdır. Komanda, festivaldan qızıl və gümüş medallar qazanaraq yüksək nəticələr əldə edib". 

Xatırladaq ki, yalnız 2013-cü il ərzində Azərbaycan Milli Kulinariya Komandası Rusiya və Türkiyədə keçirilmiş müxtəlif beynəlxalq kulinariya yarışlarında iştirak etmiş, orada yeməklərin hazırlanmasında "Azərsun Holdinq"in Super Sun yağlarından istifadə etmiş və hər bir səfərdən qələbə ilə geri dönmüşdü.

Sizin Reklam Yeriniz