news Image
2014.06.03
09:40
| A A A
Azərbaycan prezidenti: “Biz həmişə verdiyimiz sözə sadiq qalmışıq”
“BP və ARDNŞ-in əməkdaşlığı gələcəkdə də bölgədə neft-qaz sektorunun inkişafını müəyyən edəcək”

"Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edən xarici şirkətlərin sayı artır. Çünki Azərbaycanın neft və qaz sektoru inkişaf edir, qarşıda duran vəzifələr həll edilir, yeni vəzifələr ortaya çıxır".

 

APA-nın məlumatına görə, bunu bu gün Bakı Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan son illər uğurları tərəfdaşları ilə birgə əldə edib. O bildirib ki, 1993-cü il Azərbaycanın müstəqil dövlətçiliyi tarixində dönüş ili kimi yadda qalacaq: "Çünki Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə edib".

 

Prezident İ. Əliyev qeyd edib ki, 1994-cü ildə ilk Beynəlxalq Neft və Qaz sərgisi keçirilib, daha sonra Əsrin Müqaviləsi imzalanıb: "Əsrin Müqaviləsi imzalanmasaydı, iqtisadi inkişafdan, əsl müstəqillikdən söhbət gedə bilməzdi. Azərbaycan yalnız xarici sərmayədən asılı olacaqdı. Əsrin Müqaviləsində iştirak edən şirkətlərə təşəkkür edirəm ki, bizə inandılar. Xüsusi ilə BP şirkətinə təşəkkür etmək istəyirəm, Azərbaycanda ən böyük sərmayədardır. 20 ildir ki, biz bir yerdəyik. Gələcəkdə də BP və ARDNŞ-in əməkdaşlığı bölgədə neft-qaz sektorunun inkişafını müəyyən edəcək".

 

Dövlət başçısı 1994-cü ildən neft-qaz sektorunda böyük uğurlara imza atıldığını vurğulayıb: "Müqavilə imzalanandan 3 il sonra ilk neft çıxarılıb. Bu, müqavilə imzalanandan sonra ən qısa müddətdə neft çıxarılması sahəsində rekorddur. Daha sonra Azərbaycan ardıcıl neft və qaz potensialını dünya bazarına təqdim edib. Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri ilə neft ötürülməsinə başlanıb, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilib. Beləliklə, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi əməkdaşlıq formatı yaranıb. Dəhliz formalaşandan sonra Azərbaycan tranzit rolu oynamağa başlayıb. Azərbaycan Xəzər dənizinin şərqində yerləşən istehsalçılara da xidmət göstərir. Azərbaycan üzərindən nəql olunan neft və neft məhsullarının həcmi artır. Azərbaycan etibarlı tranzit ölkədir, etibarlı tərəfdaşdır və imzası verdiyi söz qədər dəyərlidir. Biz həmişə verdiyimiz sözə sadiq qalmışıq". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs