news Image
2014.06.03
10:06
| A A A
Azərbaycan prezidenti: “TANAP və TAP Avropaya yeni mənbədən qaz gətirəcək”
İlham Əliyev: “TANAP-da ən böyük səhmdar Azərbaycandır”

"TANAP və TAP Avropaya yeni mənbədən qaz gətirəcək. İlkin hesablamalara görə, bunun üçün 45 milyard dollar sərmayə nəzərdə tutulub. TANAP-da ən böyük səhmdar Azərbaycandır. Azərbaycan həm düşünülmüş siyasət həyata keçirir, həm də maliyyə resurslarını təmin edir".

 

Movqe.az-ın məlumatına görə, bunu bu gün Bakı Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib: "Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Şəffaflıq təmin edilməsəydi, bu qədər vəsait yığa bilməzdik. Biz həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların rifah halının yaxşılaşmasına, həm də TANAP, TAP kimi qlobal layihələrə vəsait sərf edirik. "Şahdəniz-2" layihəsi bundan sonra uzunmüddətli, dayanıqlı inkişafımızı təmin edəcək. Yüzlərlə, minlərlə Azərbaycan şirkəti podratçı kimi çalışacaq, on minlərlə iş yeri açılacaq, qeyri-neft sektoru inkişaf edəcək. Çünki tikinti, quraşdırma layihələrində qeyri-neft sektoru çalışacaq. Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır, iqtisadiyyatın diversifikasiyası təmin edilir".

 

Prezident bu uğurların əsasının Əsrin Müqaviləsi və bu beynəlxalq sərginin fəaliyyətə başlaması ilə bağlı olduğunu vurğulayıb: "Biz bu kapitalı insan kapitalına çevirdik. Təhsil, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə bizi inkişafa aparır. Bizim xarici borcumuz ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir, işsizlik 5 faizdir. Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünyada 39-cu yerdədir. Zəngin neft və qaz resurslarımız olmasaydı, bundan səmərəli istifadə etməsəydik, bu inkişaf üçün bizə böyük müddət lazım olacaqdı".

 

Prezident İ. Əliyev keçən sərgidən sonra "Şahdəniz-2" müqaviləsinin imzalandığını qeyd edib: "İnanıram ki, növbəti sərgiyə qədər də yeni-yeni uğurlara imza atacağıq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs