news Image
2014.06.03
13:03
| A A A
Paytaxtda fırıldaqçı turizm şirkətləri peyda olub

Paytaxtda fırıldaqçı turizm şirkətləri peyda olub. Bu barədə Movqe.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. E. Hüseynovun sözlərinə görə, müxtəlif yanacaq doldurma məntəqələrində sürücülərə şirnikləndirici turizm paketləri təqdim edən fırıldaqçı tur şirkətləri hər mövsüm müxtəlif adla fəaliyyətə başlayırlar. Həmin tur şirkətləri müştəriləri aldatmaqda davam etmək üçün kirayələdikləri ofisləri də dəyişirlər. Movqe.az fırıldaqçı tur şirkətlərinin toruna düşən qurbanlardan biri ilə əlaqə saxlayıb. Şəmsəddin Əliyev adlı paytaxt sakini bildirib ki, hələ iki il öncə İST petrol adlı yanacaq doldurma məntəqəsində ona tur paket təqdim olunub. İki gün sonra isə onunla əlaqə saxlayıb Novxanıdakı "Aff hotel"də üç günlük istirahət paketi udduğu barədə məlumat verilib: "3 gün orada istirahət etdikdən sonra həmin tur şirkətindən bizə bildirdilər ki,   Türkiyəyə 10 illik 4 min manat ödəməklə hər mövsüm 10 günlük istirahət paketi var. Mən də razılaşdım. Burda bildirdilər ki, orda 5 ulduzlu oteldə istirahət edəcəyik. Ailəvi "Kəmər"ə yollandıq. Orda tamamilə başqa mənzərə ilə qarşılaşdır. Bizi daxma kimi komalara yerləşdirdilər. Sanqovşaqda duşlar qırıq, otaqlarda xidmətçi yox. Öz pulumuzla orda 10 gün istirahət edib qayıtdıq. Bura gələndən sonra həmin turizm şirkətinin yerləşdiyi   Səməd Vurğun küçəsində "AFF Mall"-da həmin şirkəti tapa bilmədik. Məlum oldu ki, telefon nömrələrini, hətta turizm şirkətinin adını, əlaqə nömrələrini dəyişiblər ki, aldatdıqları müştərilər onları tapa bilməsin. Bakı Şəhər Polis İdarəsinə də müraciət etdik. Heç bir nəticə yoxdur. Şirkət adından tutmuş, əlaqə nömrəsinədək dəyişdiyindən onları yaxalayıb aldatdıqları müştərilərin pulunu alan yoxdur".


Ş. Əliyev hazırda paytaxtda müxtəlif adlarla fəaliyyət göstərən bu cür tur şirkətlərinin müştəriləri aldadaraq xeyli miqdarda pullarını mənimsəyirlər.   Ş. Əliyev hazırda həmin şəxslərin Avrora adlı oteldə ofis kirayələyərək müştəriləri aldatmaqda davam etdiklərini söyləyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs