news Image
2014.06.03
13:33
| A A A
DƏHŞƏT: Azərbaycanda 3 yaşlı uşaq qır quyusuna düşüb öldü
Hadisə Astara rayon Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb

Bu gün saat 11:00 radələrində Astara rayonunda dəhşətli faciə baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.


Belə ki, 2011-ci il təvəllüdlü Ədalət Hekayət oğlu Babazadə nənəsi ilə xəstəxanaya gəlib. Uşaq qadının gözündən yayınıb və xəstəxananın həyətindəki qır quyusuna yıxılıb. Uşaq hadisə yerindəcə dünyasını dəyişib.


Hadisə yerinə gələn Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları Ədalət Babazadənin meyitini quyudan çıxarıb.


Faktla bağlı araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs