Əlaqə Arxiv
news Image
2014.06.03
15:02
| A A A
Baş Polis İdarəsi dəhşətli hadisə ilə bağlı məlumat yaydı
Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Ans-ə verilən məlumata görə, iyunun 3-ü saat 02 radələrində Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində yaşayan 1992-ci il təvəllüdlü Elvin Əzimov evdə anası 1968-ci il təvəllüdlü Esmira Talış qızına bıçaq xəsarəti yetirib. Esmira Əzimova 3 saylı xəstəxanaya yerləşdirilib və orada ölüb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Elvin Əzimov tutulub.
Qeyd edək ki, 22 yaşlı E.Əzimov anasını öldürdükdən sonra özünü pəncərədən atıb və xəsarət alıb.


Sizin Reklam Yeriniz