news Image
2014.06.03
14:25
| A A A
Zəlzələ təhlükəsi olan ərazilər

Hazırda Azərbaycanda daha çox qırılma və seysmik aktivlik müşahidə olunan rayonların adları açıqlanıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, zəlzələlər üçün aktivlik hələlik Azərbaycanın 3-4 regionunda müşahidə olunur. Q. Yetirmişlinin sözlərinə görə, hazırda Şamaxı-İsmayıllı, Orta Xəzər və Talış bölgəsində aktivlik var. O qeyd edib ki, ötən ayın sonlarında Şəki ərazisində aktivlik vardı və 3-4 gün baş verən zəif təkanlar nəticəsində aktivlik nisbətən azalıb: "Yer daxilində daima hərəkətlər var və blokların, plitələrin hərəkəti müşahidə olunur. Qırılmalar boyu bloklar arasında parçalanmalar gedir və bunların nəticəsində də zəlzələlər baş verir. Respublikanın hər yerində elə gün yoxdur ki, zəlzələ olmasın. Sadəcə onların gücü, maqnitudası 3-dən yuxarı olduqda bu barədə məlumatlar verilir. Proses başladığından qırılma boyu bir neçə gün davam edir. Bir statistikanı qeyd edim ki, Azərbaycanda mayın 27-dən iyunun 1-dək 100-ə yaxın təkan olub. Onların içərisində ən güclü zəlzələ maqnitudası 3.6 olan Xəzər dənizində baş verib".

 

Q. Yetirmişli qeyd edib ki, zəlzələnin qarşısını almaq qeyri-mümkündür. Ancaq onun riskini qiymətləndirməklə nəticəni minimuma endirməyin mümkün olduğunu deyən baş direktorun sözlərinə görə, bu istiqamətdə zəlzələyə davamlı tikintilərin aparılması, infrastrukturun həmin zəlzələyə davamlılığını qiymətləndirilməsi nöqteyi-nəzərdən işlər aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs