news Image
2012.07.02
11:52
| A A A
Gəlin toy günü döyüldü

Movqe.Az bildirir ki, Türkiyənin İstanbul şəhərində bəy gəlinlə dalaşaraq əvvəl onu avtomobildə, sonra isə toyun keçiriləcəyi kafenin qarşısında döyüb. Ailələrinin də təpik, yumruq ilə bir-birinə girməsiylə toy polis bölməsidə bitib. Ətrafdakıların da çaşaraq təəccüblü baxışları ilə izlədiyi hadisə iddiaya görə belə baş verib: Bəy və gəlin toyun keçiriləcəyi kafeyə getmək üzrə gəlin avtomobili ilə yola çıxıblar. Yolda gəlin gələcək həyat yoldaşına, "Bibin nişanda saxta bilərzik taxmışdı" deyib. Bu söz bəyə təsir edib və "Mənim bibim haqqında necə belə danışa bilirsən" deyən kürəkən ilə gəlin arasında müzakirə yaranıb. Əsəblərinə hakim ola bilməyən bəy gəlinə vurmağa başlayıb. O, toyun ediləcəyi kafenin qarşısında da gəlinə yumruqlarla vurmağa davam edərək davaya müdaxilə etmək istəyən gəlinin ailəsinin üzərinə də silah tutub. Bəyin üstünə gedən gəlin tərəfi ilə bəyin ailəsi də bir-birinə giriblər. Hər iki ailə yolun ortasında təpik yumruqla döyüşüblər. Elə həmin anda bəy özünü sakitləşdirməyə çalışan qohumlarının arasından çıxaraq yerdə huşunu itirən gəlinə inadla hücum etməyə davam edib. Qohumları ilə bilikdə araya girən vətəndaşların bəyi uzaqlaşdırma cəhdi heç bir nəticə verməyib. Bir müddət sonra Polis Mərkəzindən gələn qrupların müdaxiləsi ilə dava sona çatıb. Bəy və gəlinin qohumlarından 10 adam nəzarət altına alınıb, ifadə verdikdən sonra sərbəst buraxılıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs