news Image
2014.06.03
18:17
| A A A
İlham Əliyev Çexiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, təhsil, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirildi, əlaqələrin daha intensiv xarakter almasından məmnunluq ifadə edildi, Çexiya xarici işlər nazirinin Bakıya səfərinin bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulandı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs