news Image
2014.06.03
17:45
| A A A
Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarının maaşlarına əlavələr ediləcək

Nazirlər Kabineti Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) bəzi əməkdaşlarının vəzifə maaşlarına əlavələrin təyin edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarının vəzifə maaşlarına əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 avqust tarixli 228 nömrəli qərarında dəyişiklik edilib.

Nazirlər Kabineti Maliyyə Nazirliyinin Xüsusi Dövlət Mühafizə Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qərara alıb ki, XDMX-nin rəhbərliyi müəyyən olunmuş müvafiq fondlar dairəsində hər ay Xidmətin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində müxtəlif adda yüksəkixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlara xidmətdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə onların iki aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, Texniki Müayinə İdarəsinin kinoloji mərkəzində xidməti itlərə qulluq və təlim keçən əməkdaşlara, eləcə də İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizlik İdarəsinin regional şöbələrində atlara qulluq edən işçilərə onların aylıq vəzifə maaşının 20 faizi məbləğindən çox olmamaqla aylıq vəzifə maaşlarına əlavələr təyin etsin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs