Əlaqə Arxiv
news Image
2012.07.02
13:31
| A A A
İspaniyanın turizm cənnəti yanır

Movqe.Az "Euronews"a istinadən bildirir ki, İspaniyanın şərqində yerləşən və turizm cənnəti sayılan Valensia şəhərində meşə yanğınlarının qarşısını almaq mümükün deyil. Şəhərin iç seqmentlərində dörd gündür idarə altına alına bilməyən yanğınlar indiyə qədər 20 min hektardan çox meşəlik sahələrini kül edib.

Rəsmilər, 40 dərəcəyə çatan həddindən artıq istilərin də təsiriylə sürətlə yayılan yanğına nəyin səbəb olduğunu araşdırırlar. Hadisə səbəbiylə bölgədə 2 min adam evlərini tərk etmək məcburiyyətində qalıb: "Yanıma heç bir şey götürməmişəm. Ümid edirəm ki; qorxduğumuz başımıza gəlməz və sabah bura evlərimizə geri dönə bilərik." Yanğın söndürmə işlərinə 1500-ə yaxın xilasedici ilə 30 yanğınsöndürmə təyyarəsi qatılıb. Yanğın səbəbiylə bölgədəki çox sayda əkinçilik sahəsinin də zərər gördüyü bildirilib.



Sizin Reklam Yeriniz