news Image
2014.06.03
18:11
| A A A
Mikayıl Cabbarov müəllimlərlə görüşüb - FOTO

Bu gün təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətində Movqe.az-a verilən xəbərə görə, görüşdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və idarənin əməkdaşları da iştirak ediblər. M. Cabbarov 2013-2014-cü tədris ilinin yekunları barədə ətraflı məlumat verib, qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Nazir prezidentin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunaraqtəhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb. Görüş zamanı təhsildə müəllim hazırlığı, kurrikulumun tətbiqi, məktəblilərin fənn olimpiadaları, "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri, tədris ilinin uzadılması, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi kimi mövzulara toxunulub və bu barədə müzakirələr aparılıb. Nazir 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılacağını bildirib. Sınaq qiymətləndirmənin diaqnostik tədqiqat xarakteri daşıdığı və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirildiyi qeyd edilib. Bu proses ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsinə xidmət edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs