news Image
2012.07.02
13:13
| A A A
Apple “iPad” adına 60 milyon dollar ödədi

Movqe.Az bildirir ki, Apple Çinin "Proview" şirkəti ilə "iPad" adı üstündə yaşadığı hüquqi anlaşılmazlığı həll etmək üçün şirkətə 60 milyon dollar ödəməyi qəbul edib. "Proview" iPad adının haqqlarını 2000-ci ildə aldığını və Çin bazarlarında adın haqqlarının özündə olduğunu iddia edib. Ancaq Apple, 2009-cu ildə adın dünya daxilində haqqlarını aldığını qarşıya qoyub. Guangdongda bir məhkəmə iki şirkətin razılaşmağa çatması üçün çağırış edib. Məhkəmədə verilən xəbərə görə, anlaşılmazlığın sona çatdığını və "Apple"ın məhkəmənin hesabına 60 milyon dollar yatırtdığını bildirib. Apple, "iPad" adının qlobal haqqlarını Tayvanda "Proview"ə bağlı bir şirkətdən 55,000 dollara alıb. Ancaq Çin,Tayvandakı şirkətin ad haqqlarını satmağa səlahiyyəti olmadığını söyləyirdi. İki şirkət arasındakı anlaşılmazlıq nəticəsində "Apple" Çinin bəzi bölgələrində "iPad" məhsullarını bazardan geri çəkib. "Proview" isə Şangayda məhsulun satışının qadağan edilməsi üçün məhkəməyə müraciət edib, ancaq müraciəti rədd edilib. "Proview" şirkətinin BBC-yə verdiyi məlumata görə, məhkəmənin verdiyi qərarı təsdiqləyib və hər iki tərəfin də razılaşmadan məmnun olduğunu söyləyib. Çin bazarlarında "Apple" məhsulları həddindəən artıq rəğbət qazanır. Tələbat son illərdə getdikcə yüksəlib. Ancaq Samsung kimi şirkətlərin də Çin bazarlarına yönəlməsi ilə sıx bir rəqabət davam edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs