news Image
2014.06.04
14:20
| A A A
Hava nə vaxtadək belə davam edəcək?

Azərbaycanda qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında iyunun 5-də havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.


Azərbaycanın rayonlarında iyunun 5-də havanın temperaturu gecə 15-20, gündüz 18-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs