news Image
2014.06.04
16:46
| A A A
Dönər, şaurma, hot - doq, qamburqer, çizburqerdən gələn bəla
Eyyub Hüseynov: "Hər bir ət məhsulu ən azı 20-25 dəqiqə bişirilməlidir"

Son illər  "Fəstfud" qidalanma ölkəmizdə də dəbə minib. İndi xüsusilə paytaxtda ayaqüstü - dönər, şaurma, hot - doq, qamburqer, çizburqer satışına addımbaşı  rast gəlinir. Hətta paytaxtda sırf "cəld yemək"lərin satışını təşkil edən xüsusi restoran tipli şəbəkələr də fəaliyyət göstərir. Onlardan ölkədə ən iri ticari şəbəkəsi olanı "Mc Donalds" dır. "Mc Donalds" da hazırlanan yeməklərin "fəstfud" olmaqla yanaşı genetik modifikasiya olunmuş (GEMO) ərzaqdan hazırlandığı da bildirilir. Odur ki, "cəld yeməklər"  bütün dünyada sosial xəstəlik mənbəyi hesab olunur.  Dünya şöhrətli təbiblər hesab edirlər ki, yemək vərdişlərinin dəyişdirilməsi hesabına bazar yaratmaq əsl soyqırımıdır. Kardioloq G.Heper müsahibəsində qeyd edib ki, ağciyər xəstəliklərinin, fiziki məhdudiyyətlərin, qadınlarda döl xərçəngi xəstəliyinin və artıq çəkinin belə "fəstfud" yeməklə əlaqəsi var. O, həmçinin "fəstfudun" yüksək təzyiqə gətirib çıxarığını, ürək-damar xəstəliklərindən baş verən ölümlərin birinci səbəbi olduğunu bildirib. Qeyd edək ki, artıq Yaponiya, İsveç, Norveç və ABŞ kimi ölkələr ənənəvi bişirmə üsullarına geri qayıdırlar. Amma bizdə əksinə vəziyyət müşahidə olunur. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, istehlakçı hüququnu qoruyan bütün ölkələr "fəstfud" yeməklərinə qarşıdır. Amma Birlik sədri "cəld yeməklər" bazarı ilə mübarizə aparmağın çətin olduğunu söyləyir. Onun sözlərinə görə, bu bazarı yalnız istehlakçılar vasitəsilə "baykot" etmək mümkündür: " Hər bir ət məhsulu ən azı 20-25 dəqiqə bişirilməlidir. Yalnız bu halda ətdə olan mikrob və hər hansı bir xəstəlik törədicisi məhv ola bilər. "Fəstfud" lar isə bir neçə dəqiqə közə verilməklə müştərilərə təklif edilir. Araşdırmalar göstərir ki, düzgün qidalanmamaq piylənmə ilə də nəticələnir. Yarıbişmiş yeməklər yalnız mədə - bağırsaq xəstəliklərinə deyil, eləcə də artrit, ürək - damar xəstəlikləri, xroniki yorğunluq, qanda xolesterolun artması və bu kimi digər təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər. Bundan başqa "cəld yeməklər" tərkibində GEMO olan məhsullardan hazırlanır. Ona görə də,  insanlar ayaqüstü yeyilən yeməklərin insan orqanizminə hansı bəlalar gətirəcəyini anlamalıdırlar".

AİB sədri bu barədə əhali arasında mariflənmə tədbirlərinin aparılmasının vacib olduğunu söyləyir. Onun sözlərinə görə, ölkədə "fəstfud" yeməklərin satışının qarşısını alan qadağa qoymaq mümkün deyil. Ona görə də, istehlakçılar özləri bu yeməkləri yeməkdən imtina etməklə "fəstfud"ların satışının qarşısını ala bilərlər.

 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs