news Image
2014.06.04
17:01
| A A A
Xaricdə təhsil almağa 900 nəfər namizəddir

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbulu davam edir. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, artıq 900-ə yaxın namizəd qeydiyyatdan keçib. Bir neçə namizədlə müsahibə aparılıb, müsabiqənin növbəti mərhələsinə keçən namizədlər bu haqda müvafiq qaydada məlumatlandırılıblar. Hazırda müsahibə cədvəlləri hazırlanır, növbəti həftə üçün dəvətlər göndərilməyə başlanılıb. Ərizənin qəbulu zamanı texniki problemlər barədə esupport@edu.gov.az ünvanı ilə əlaqə saxlayan namizədlərin müraciətləri sayəsində ərizələrdə yaranmış bəzi nasazlıqlar operativ şəkildə aradan qaldırılıb və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək. Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr sırasında dünyanın ən nüfuzlu universitetlərində təhsil alanların sayı ilbəil artır. Artıq növbəti tədris ili üçün keçirilən sənəd qəbulunda da ilk müraciət edən namizədlər arasında dünyanın nüfuzlu ali məktəblərində (Harvard University, Yale University, Cambridge University və s.) təhsil almaq hüququ qazananlar var. Tez-tez verilən suallar bölməsinin yenilənməsi, sənəd qəbuluna dair müxtəlif formalı təlimatların hazırlanaraq vətəndaşların istifadəsinə təqdim olunması onların nazirliyə gəlmələrinin, telefon və digər vasitələrlə əlaqə saxlamalarının sayını müsbət mənada ciddi şəkildə azalıb. Bu da sənəd qəbulu, təhsil alan tələbələrin illik qeydiyyatı və digər məsələlərin daha çevik aparılması üçün işgüzar şəraiti münbitləşdirir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs