news Image
2014.06.04
20:07
| A A A
Serj Sarkisyanı təklədilər
Astana sammiti “Qarabağ klanı”nda parçalanmaya gətirib çıxardı Erməni mətbuatı eks-prezident Robert Koçaryanın Astanadakı Avrasiya İttifaqı sammitində Serj Sarkisyanın düçar olduğu uğursuzluqla bağlı mövqeyini yayıb. 

ANS PRESS-in məlumatına görə, Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan sammitdə baş verənləri şərh edib. Soqomonyan iddia edib ki, hansısa təşkilata üzvlük Dağlıq Qarabağla Ermənistan arasında maneələr yaratmağa əsas vermir. 

Viktor Soqomonyan həmçinin rəhbəri Robert Koçaryanın mövqeyini də açıqlayıb: "Robert Koçaryan Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi sayır və hər şey hüquqi cəhətdən bunun möhkəmləndirilməsinə can atmalıdır". Göründüyü kimi, Koçaryan dolayısı ilə Serj Sarkisyanı fərasətsizlikdə günahlandırıb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs