news Image
2014.06.04
19:22
| A A A
Bakının avtomobil yollarında “ağıllı radarlar” quraşdırılıb

Bakının bəzi yollarında "ağıllı radarlar" quraşdırılıb.


Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt ərazisində surət həddini ölçən kifayət qədər radar olmasına baxmayaraq, bəzi sürücülər həmin radarlara az qalmış surət həddini aşağı salır, radarı keçdikdən sonra avtomobili yenidən yolda müəyyən edilən surətdən artıq sürətlə idarə edirlər: "Lakin həmin sürücülər "ağıllı radarları" aldada bilməyəcəklər. Artıq Tbilisi və Nobel prospektlərində belə radarlar quraşdırılıb. "Ağıllı radarlar" asfalt örtüyünə çəkilən naqil vasitəsi ilə avtomobilin iki radar arasında məsafəni hansı müddətə getdiyini müəyyənləşdirərək orta surət çıxarır".

 

V. Əsədov "ağıllı radarlar"ın yaxın gələcəkdə paytaxtın digər küçə və prospektlərində də  quraşdırılacağını bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs