news Image
2014.06.04
17:59
| A A A
Nazirlikdən 1-ci sinfə qəbulla bağlı açıqlama
Təhsil Nazirliyindən birinci sinfə uşaqların qəbulu qayadalarında aparılacaq dəyişikliklərlə bağlı açıqlama verilib. Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firudin Həmzəyev ANS PRESS-ə açıqlamasında bildirib ki, sentyabrın 15-nə qədər 6 yaşı tamam olan bütün şagirdlər məktəblər tərəfindən qəbul edilirlər. Bunun üçün heç bir müsabiqəyə ehtiyac yoxdur. O, qeyd edib ki, orta məktəblərdən fərqli olaraq liseylərə və gimnaziyalara şagird qəbulu seçim ilə aparılır: "Kütləvi ümumtəhsil məktəblərinə isə 6 yaşı tamam olan və həkimdən sağlamlıq haqqında arayışı olan bütün uşaqlar qəbul edilirlər. Liseylərə və gimnaziyalara şagird qəbulu seçimlə aparılır. Seçimlər lisey və gimnaziyaların nizamnamələri ilə tənzimlənir. Nizamnamədə isə uşaqların birinci sinifə müsabiqə yolu ilə qəbul edilməsi məsələsi öz əksini tapıb".

Firudin Həmzəyev lisey və gimnaziyalara şagird qəbulu zamanı imtahandan keçə bilməyən uşaqların həmin təhsil müəssisəsinə qəbul edilmədiklərini də sözlərinə əlavə edib: 

"Həmin liseylərdə nəzərdə tutulub ki, 3 sinif açılsın. Üç sinifdə zənn edək ki, 60-70 uşaq olur. 200 uşaq bu liseydə oxumaq istəyirsə onda onların hamısını qəbul edə bilməzlər. Onlar arasında seçim aparıb, özlərinə lazım olan sayda uşaq götürürlər".

Müdir müavini məktəblərə şagird qəbulunun imtahanla aparılmasının əleyhinə olan valideynlərə də məsləhət verib: 

"Əgər valideyn uşağının liseydə oxumağını istəyirsə onda liseyin nizamnaməsinə görə müsabiqədə iştirak etməlidirlər. Əgər uşaq müsabiqədən keçə bilməzsə liseyə götürülməyəcək. Uşaqların inkişaf səviyyələrinə uyğun olaraq suallar və testlər verilir".

Həmzəyev imtahan zamanı özlərini itirən və sullara düzgün cavab verə bilməyən uşaqlardan da danışıb: 
"Uşaqları müəllimlər, pedeqoqlar və psixoloqlar sorğu-sual edirlər. Bu zaman uşaq özünü itirərsə, həmin müəllimlər onlara bir-iki saat vaxt verirlər. Və yaxud sorğu-sualı sabaha təyin edirlər".

Həmzəyev orta məktəblərə şagird qəbulu zamanı heç bir imtahan və seçimin aparılmadığını da vurğulayıb:
"Orta məktəbə ilk növbədə həmin ərazidə yaşayan uşaqları götürürlər. Bəzi məktəblərdə ola bilər ki şagirddən adını və s. suallar suruşurlar. Amma buna da ehtiyac yoxdur".
Həmzəyev valideynlərin öz uşaqlarını yaşadıqları əraziyə yaxın məsafədə deyil, daha uzaq yerlərdə olan məktəblərdə oxutmaq istəklərinə də münasibət bildirib:

"Uşaqlar yaşadıqları ərazidəki məktəblərə cəlb edilməldir. Məktəbin yaxınlığında yaşayan uşaqların yerinə həmin məktəblərə başqa ərazidən uşaq götürülməsi yol verilməzdir. Ancaq bunas baxmayaraq valideynlar öz uşalqrını onsuz da istədikləri məktəblərdə oxutdururlar".

F. Həmzəyev uşaqların birinci sinfinə qəbulu üçün tələb olunan yaş həddindən də danışıb. O bildirib ki, 6 yaşı oktyabrın 16-dan dekabrın 31-nə qədər tamam olan uşaqlar üçün isə hər rayon təhsil şöbəsində xüsusi komissiya yaradılıb:

"Beləliklə bu yolla daha inellektli və yaradıcı səviyyəli uşaqları seçib və birinci sinifə götürürlər".

Sonda Həmzəyev gələcəkdə uşaqların ümumtəhsil məktəblərinin birinci sinfinə imtahan və sorğu-sual yolu ilə qəbulunun mümkünsüz olduğunu da vurğulayıb:

"Ümumtəhsil məktəbləri kütləvi məktəblər hesab edilir. Ona görə də bura uşaqların qəbulu zamanı imatahan və sorğu-sual aparıla bilməz. Yaşı və sağlamlığı imkan verən hər bir şagird oxumalıdır".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs