Əlaqə Arxiv
news Image
2014.06.05
11:08
| A A A
Ötən il 42 üçəm doğulub
Azərbaycanda bir il ərzində 172 671 uşaq dünyaya gəlib Azərbaycanda ötən il ərzində 172 min 671 uşaq dünyaya gəlib. 

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bunlardan 92 min 574-ü oğlan uşaqları, 80 min 097-i isə qız uşaqları olub. Ötən il doğulan uşaqlar arasında oğlanların sayı hər min nəfərə 20, qız uşaqlarının sayı isə hər min nəfərə 18,6-dır. 

2013-cü il ərzində ölkə üzrə 2 min 270 əkiz uşaq doğulub. Üçəm doğulanların sayı isə 42-dir. 

Ötən il ərzində 54 min 383 insan dünyasını dəyişib. Bu göstəriciyə əsasən ölüm halı hər minəfərə görə 5,8-dir.

Sizin Reklam Yeriniz