Jurnalistə vəzifə verildi
Lent.az saytının redaktoru Kəmalə Quliyeva yeni
vəzifəyə təyin olunub. "Qafqazinfo"
xəbər verir ki, K. Quliyeva bu barədə Facebook səhifəsində yazıb:
"Mən iyun ayının 2-dən "Lent.az"dakı işimlə paralel Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda aparıcı
məsləhətçi-mətbuat katibi vəzifəsini də icra etməyə başlamışam.
Fond mətbuatla əlaqələrini daha da gücləndirmək niyyətindədir. Ümid
edirəm ki, əməkdaşlığımız uğurlu alınacaq".