news Image
2014.06.05
14:05
| A A A
Azərbaycan ərazisində hava sabitləşir

İyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.

 

Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs