news Image
2014.06.05
14:32
| A A A
"Zəvvarlara iynə vurulacaq"
“Dəvə virusu”nun yayılması barədə yayılan fikirlər şişirdilib

"Səudiyyə Ərəbistanında "dəvə virusu"nun (Koronavirus) yayılması barədə yayılan fikirlər şişirdilib. Əslində bu virus yalnız Ər-Riyad şəhərində qeydə alınıb. İki müqəddəs məscidin yerləşdiyi şəhərlərdə isə bu virus yayılmayıb". 


Anspress-in məlumatına görə, bu barədə Ərəbistanı Şura Məclisindəki Azərbaycan Dostluq Qrupunun rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasiri bildirib.


Onun sözlərinə görə, müqəddəs ziyarətə gələnlər arasında da bu virusa yoluxanlar yoxdur. Qonaq bildirib ki, buna baxmayaraq kral bu problemi xüsusi nəzarətdə saxlayır. Ölkədə müxtəlif təhlükəsizlik tədbirləri görülür. 


Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də açıqlama verib. O, qeyd edib ki, hər il olduğu kimi bu il də zəvvarlara vaksinlər vurulacaq. "Yəni zəvvarların həyatı üçün təhlükə yoxdur".


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Şura Məclisindəki (parlament) Azərbaycan Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs