news Image
2012.07.02
15:46
| A A A
Türkiyənin Taksim meydanında homoseksualların nümayişi

Movqe.Az türk mediasına istinadən bildirir ki,  LGBT həmrəylik dərnəyi tərəfindən hər il reallaşdırılan "LGBT Qürur Gedişi" Taksim Meydanında keçirilib. Müxtəlif səhnə paltarları, donlar və gəlin paltarları geyən qrup üzvlərinin musiqi sədaları altında etdikləri yürüyüş rəngli səhnələrə səbəb olub. "İstiqlal Caddesi"dən Tunel Meydanına gedən minlərlə adama BDP İstanbul Millət vəkili Sirri Sürəyya Öndər də dəstək verib. Digər tərəfdən yürüyüşə maraq göstərən vətəndaşlar nümayişi cib telefonlarına çəkiblər. Qrup adına edilən çıxışda "10 ildir bu atəşi Taksimin bir ucundan digər ucuna gedərək daşıyırıq. Keçdiyimiz bu 10 ildə 25 adamdan 10 min adama çatdıq. Bu ədədin belə artması gələcəyə dair ümidimizi artıraraq cəmiyyət tərəfindən azadlığa nə qədər ehtiyacımız olduğunu göstərir" deyilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs