Əlaqə Arxiv
news Image
2014.06.05
19:15
| A A A
Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair yeni strategiya hazırlanır

Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri müzakirə olunub.

Movqe.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin fəaliyyət istiqamətləri üzrə görüləcək işlərin müzakirəsi çərçivəsində baş tutub.


Layihənin məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının qabaqcıl Avropa ölkələrinin müvafiq təcrübəsi əsasında təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsidir. 2014-2016-cı illəri əhatə edən layihə çərçivəsində əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin formalaşdırılmasına ekspert dəstəyi, bu sahədə yeni strategiyaların hazırlanması, müvafiq kadr potensialının artırılması təmin olunacaq.


ƏƏSMN-nin mütəxəssislərinin və avropalı ekspertlərin iştirak etdiyi tədbirdə layihəyə uyğun olaraq, Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri ətrafında fikir mübadilələri aparılıb.


Həmçinin əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanması, sosial reabilitasiya metodlarının tətbiqi üçün pilot Əlillərin Bərpa Mərkəzlərinin seçilməsi məsələləri müzakirə edilib.


Hazırda Tvinninq layihəsinin bir neçə beynəlxalq eksperti ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin mütəxəssisləri ilə birgə yuxarıda qeyd olunan istiqamətlərdə təhlillərin aparılması və kadr potensialının gücləndirilməsi məqsədilə müzakirələr aparırlar.


Sizin Reklam Yeriniz