Əlaqə Arxiv
news Image
2014.06.05
19:46
| A A A
Helsinki Komissiyasında Azərbaycana dair dinləmələr keçiriləcək

İyunun 11-də ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək.


Movqe.az xəbər verir ki, dinləmələr ABŞ-Azərbaycan əməkdaşlığının təhlükəsizlik, iqtisadi, insan haqları tərəfləri mövzusunda olacaq.


Dinləmələrdə ABŞ dövlət katibinin köməkçisinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia, Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibinin köməkçisinin müavini Erik Rubin, Demokratiya üçün Milli Dəstək Fondunun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy, Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzinin elmi əməkdaşı Brenda Şaffer çıxış edəcəklər.


Bununla bağlı Helsinki Komissiyasının məlumatında deyilir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ABŞ-ın müttəfiqi olub.


"Azərbaycan Avropanın enerji təchizatçısıdır və  Əfqanıstanda təhlükəsizliyin bərpasında ABŞ və beynəlxalq qüvvələrə öz töhfəsini verib", - məlumatda deyilir.


Qeyd edək ki, Helsinki Komissiyasının iyunun sonunda Bakıda keçiriləcək ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirak edəcək.


Sizin Reklam Yeriniz