news Image
2014.06.05
19:15
| A A A
Azərbaycanda 2018-ci ildə Avro 5 standartına uyğun benzin və dizel istehsal olunacaq

Heydər Əliyev adına Bakı Neft emalı zavodunda 2018-ci ildə Avro 5 standartına uyğun avtomobil benzini və dizel istehsal ediləcək.

Movqe.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

 

"Azərbaycanda avtomobil benzini və dizelə olan tələbat tam ödənilir, amma keyfiyyəti müasir tələblərə tam cavab vermir. Buna görə də yanacağın keyfiyyətinin artırılması üçün işlər görülür".


O qeyd edib ki, ölkədə olan iki neft emalı zavodu üçün inkişaf proqramı aparılır.


Onun sözlərinə görə, proqram çərçivəsində tam Avropa standartına uygun yanacağın istehsalı və əməliyyat xərclərinin azaldılması, neft emalı zavodunun modernləşdirilməsi, ətraf mühitə minimum təsir nəzərdə tutulur.


Şirkətin vitse-prezidenti qeyd edib ki, bu proqramın hazırlıq müddəti 42-48 ay davam edəcək.


O, bu proqram sayəsində köhnə neft emalı zavodlarının 2030-cu ilə qədər istehsal gücündə olacağını bildirib:


"2030-cu ilə qədər bu zavodlardan 7,5 milyon ton neft emalı, 3 milyon ton dizel, 2,4 milyon ton avtomobil benzini, 650 min reaktiv mühərrik yanacağı, 100 min ton maye qaz istehsalı proqnozlaşdırılır".


Onun sözlərinə görə, bu rəqəmlər o vaxta olan daxili tələbatı tam təmin edəcək, hətta bəzi məhsullar da ixrac ediləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs