news Image
2014.06.05
20:19
| A A A
Ziyafət Əsgərov: “Ermənistan Azərbaycan ərazisində 30-dan çox terror aktı törədib”

Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.


MM-dən APA-ya verilən məlumata görə, Z. Əsgərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışıb.

 

Dağlıq Qarabağ münaqişəsinə toxunan Z. Əsgərov 1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror aktı törətdiyini söyləyib. O, qonaqlara Xocalı soyqırımı haqqında da məlumat verib və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.

 

Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu deyən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdulla ibn Məhəmməd Ən-Nasir isə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd edib. Qonaq diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı ermənilərin törətdikləri terror aktlarını qətiyyətlə pisləyir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs