news Image
2014.06.06
11:00
| A A A
“Sovetski”dən köçmək üçün 1500 ailə müraciət edib

Bakının "Sovetski" məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1500-ə çatıb. Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib. O deyib ki, 1043 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1005 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri söküntü ərazisinə düşən 3 200 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 140 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb. Qeyd edək ki, "Sovetski" məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs