news Image
2014.06.06
11:51
| A A A
Xaçmazda fahişəxanada kişinin başına "oyun açdılar"
Ötən gün Xaçmazda kafelərin birində milliyyətcə azərbaycanlı olan, Rusiya vətəndaşı döyülüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 45 yaşlı Nofəl Həmidov Mürşüdoba kəndinə qonaq gəlibmiş. Orada kafedə yeyib-içəndən sonra hesabı ödəyib. Kişi hesabı ödəmək üçün cibindən pul çaxarıb. Nofəl Həmidovun əlində çoxlu pul görən bir neçə nəfər qəflətən ona hücum edib. Bir göz qırpımında tanımadığı şəxslər tərəfindən hücuma məruz qalan Nofəl Həmidov gözünü açanda 6400 manat pulunun yoxa çıxdığını görüb. Həmin şəxslər isə maşına minərəq qaçıblar. Nofəl Həmidov onu da əlavə edib ki, həmin barda 10-a yaxın qız işləyir. O, iddia edir ki, kafedə əxlaqsızlıq yuvası təşkil olunub. Hadisə ilə bağlı rayon polis şöbəsindən bildirdilər ki, həqiqətən də, Nofəl Həmidov tanınmayan şəxslər tərfindən döyülüb. Lakin polis şöbəsindən kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi kimi məlumatın olmadığını bildiriblər. Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs