Əlaqə Arxiv
news Image
2014.06.06
13:14
| A A A
Mikayıl Cabbarovan Baba Rzayevə böyük jest

Təhsil Nazirliyi "Bakıeletrikşəbəkə" ASC-nin müraciəti əsasında bu qurumun Tədris Mərkəzinə ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətləri üzrə əlavə təhsil fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verib. Movqe.az xəbər verir ki, adıçəkilən lisenziyanı bu gün təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevə "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransının açılışında təqdim edib. Bununla bağlı "Bakıeletrikşəbəkə" ASC-nin Tədris Mərkəzinə lisenziyanın verilməsi ilə bağlı Təhsil Nazirliyi və "Bakıeletrikşəbəkə" ASC arasında memorandum imzalanıb.  Bildirilib ki, "Bakıeletrikşəbəkə" ASC-nin 2012-ci ildə yaradılmış Tədris Mərkəzində elektroenergetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanır və Səhmdar Cəmiyyətdə çalışan əməkdaşların peşə hazırlığı artırılır. Bu günədək Mərkəzdə 2500-ə yaxın şəxs müxtəlif ixtisasartırma kurslarında iştirak edib. Təhsil Nazirliyi tərəfindən təqdim edilən lisenziya isə bundan sonra Mərkəzin məzunlarına təqdim ediləcək diplomların bütün respublika üzrə tanınmasına imkan verəcək. Qeyd edilib ki, Azərbaycanda ilk dəfədir ki, istehsalat müəssisəsinin tədriz mərkəzinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilir.

Sizin Reklam Yeriniz