Bakıda qoyunu avtobusa mindirdilər (FOTO)
Bakıda ictimai nəqliyyatda maraqlı anlar yaşanıb.
Movqe.az-ın məlumatına görə, paytaxtda qoyun avtobusa mindirilib.
Heyvanın ictimai nəqliyyatdakı görüntüsü sosial şəbəkədə
yayılıb. Bu hal bu gün səhər
saatlarında 128 nömrəli avtobusda qeydə alınıb. Sərnişinlərdən
birinin qoyunla ictimai nəqliyyata minməsinə heç bir problem
yaradılmayıb. Ancaq digər sərnişinlər
buna etirazını bildirib. Qoyunun sahibi isə "Qoyundur da burda nə
var ki?" deyə bildirib. Movqe.az sosial şəbəkədə yayılan maraqlı görüntünü təqdim edir.