news Image
2014.06.06
14:50
| A A A
Paytaxtda ərzağın qiyməti ucuzlaşdı

Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb

Bu ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb.


Anspress-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.


Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin qiymətində bahalaşam müşahidə olunmayıb. 


Həmçinin kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın da qiymətində dəyişiklik olmayıb. 


Bahalaşmayan ərzaq məhsullarından şəkər tozunun qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində də bahalaşma müşahidə olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs