Əlaqə Arxiv
news Image
2014.06.06
12:00
| A A A
Məşhurların Masallı haqqında dedikləri

HEYDƏR ƏLİYEV. Azərbaycan Respubilkasının mərhum prezidenti. 5 oktyabr 1998-ci ildə Masallı şəhərində rayon ictimayyəti ilə görüşündəki çıxışından: 

" Masallı həmişə Azərb aycanın iqtisadiyyatında əhəmiyyətli rol oynamışdır... 

Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır..."




İLHAM ƏLİYEV, Azərbaycan Respublikacının Prezidenti. 4 sentyabr 2014-cü ildə Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdəki  çıxışından: 

 "Masallı rayonu da Azərbaycanın ümumi inkişafında həmişə xüsusi yer tutur. Burada vətənpərvər insanlar yaşayır...

Son 10 il ərzində mən Masallıda dəfələrlə olmuşam. Bu, mənim səkkizinci səfərimdir. Demək olar ki, hər il gəlirəm və hər il müxtəlif açılışlarda iştirak edirəm. Sevinirəm ki, açılışların sayı artır və vaxtilə verilmiş qərarlar nəticə verir, gözəl səmərə verir. Masallıda son illər ərzində böyük işlər görülmüşdür. Bu gün də bu işlər davam etdirilir. Xüsusilə, rayonun infrastrukturu ilə bağlı layihələr uğurla icra edilir. Yol tikintisi sürətlə gedir, kənd yolları tikilir. Masallıda 100-dən çox kənd vardır. Çox vacib layihədir. Çünki kənd yolu kənddə yaşayan insanlar üçün əsas məsələdir. Biz, əlbəttə ki, ilk növbədə magistral yolların çəkilişi ilə bağlı qərarlarımızı vermişik. İndi isə kənd yollarının çəkilişinin növbəsi gəlib və Masallıda bu layihələr geniş vüsət almışdır. Yaxın aylarda müasir xəstəxana olacaqdır..."


" ...Gəlməyimi deyə bilmərəm, amma Masallını ürəyimdə aparıram. Son nəfəsiməcən duyğularımda yaşadacağam. Siz bilirsiniz neyləyibsiniz? Allahın yaratdıqlarını bənzərsiz tamamlayıbsınız. Ona kömək edibsiniz. Gözəl təbiəti gözəl binalarla zənginləşdiribsiniz. Allaha sual verməzlər. Belə arxa durarlar...

Mən insanın qüdrətinə inanıram...

Mən ən çox öz gözlərimə, duyğularıma inanıram. Gördüm, duydum, inandım. Hər yanda bu cür işlər görülməyib. Sizə eşq olsun! - deyirəm!"


MİRVARİD DİLBAZİ. 

Azərbaycanın Xalq şairi. 



"Masallı rayonu Azərbaycanın dilbər guşələrindən biridir... Subtropik iqlimə malik olan Masallı təbiətinin gözəlliyi ortasındadır ki, bu rayon qış, yaz həmişə bahardır. Bəzən qışda belə baharın hüsnünü duymaq üçün masallıya gəlirik, yaşıl ağaclara, mülayim təbiətə baxıb "oxqay" edirik."


BƏXTİYAR VAHABZADƏ. 

Azərbaycanın Xalq şairi.



"Masallıda çox hörmətli, şöhrətli, hamının yaxşı tandığı, sonsuz ehtiram və məhəbbətə layiq ışıqlı, nurlu, dərin zəkalı bir kişi, el ağsaqqalı, hamının dərdinə həmdəm olan və hamı ilə tez dil tapan gözəl insan vardı - Rəfi müəllim Həsənov. İlk baxışdan hamı kimi çox sadə və adi adam idi o. Lakin onunla kəlmə kəsəndən, ilk tanışlıqdan sonra bu sakit, hündürboylu, arıq bədəndə böyük dühanın yerləşdiyinin şahidi olurdum.

Günah olar deyəm ki, mən Mirzə Rəfidən yanlız ərəb və fars dillərini öyrənmişəm. Əslində mən ondan çox şeyi əxz edib, öyrənmişəm - məntiqdən, psxiologiyadan, fəlsəfədən tutumuş, ilahiyyat elmlərindək. Düzdür, mənim Quran, ilahiyyat, islamiyyat, şəriət müəllimlərim olub və mən hər yerdə, hər məclisdə onların adlarını xüsusi hörmətlə çəkir, müqəddəs ruhlarına dualar zikr edirəm. Onları çoxları tanıyır. Və istəyirəm ki, Mirzə Rəfi sevərlər də bu nəcib insanları- Şeyx Qüdrəti, Molla İzzəti, Molla Muqeyibi tanısınlar..."


Şeyxülislam Hacı Allahşükür Paşazadə.

Qafqaz Müsəlmanları İdarəsinin sədri.




"Mən atamla Masallıya birinci dəfə quş ovuna gəlmişəm. Atamın bir ovçu dostu var idi. Sonra mən təbii ki, dəfələrlə Masallıda olmuşam. Masallı Azərbaycanın dilbər guşələrindən biridir. Mən çox sevinirəm ki, Masallıda və onun nümayəndələrinə hörmətlə yanaşırlar. Və yubleylərini, gecələrini keçirirlər.

...Masallıya nə arzu edə bilərəm? Bütün Azərbaycana nə arzu edirəmsə, Masallıya da onu arzu edirəm: Əmin-amanlıq, xalqın rifahının yaxşılaşması, problemlərimiz həll olunsun.

Gün o gün olsun ki, işğal olunmuş torpaqlarımızın alınmasını Azərbaycanımızın hər yerində, eləcə də Masallıda bayram edək."


ANAR. 

AJB-nın sədri. 




"Masallı mənimçün müqəddəsdir. Bu gözəl rayonun uğurlarına həmişə sevinmişəm. Burada olarkən cənnətdə yaşadım."


ZƏLİMXAN YAQUB. 

Azərbaycanın Xalq şairi. 



"Bu nikbin, çiçəklənən Masallıya səfərimizdən şadıq."

ANTON KRUDERNK. 

BMT İnkişaf Təşkilatının Şərqi Avropa və MDB ölkələri üzrə direktoru.




Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, NƏRİMAN NƏRİMANOV, Xalq şairi Səməd Vurğun, Süleyman Rüstəm, Xəlil Rza Ulutürk, Mirmehdi Seyidzadə, Rəsul Rza, Nəriman Həsənzadə, yazıçı Fərman Kərimzadə, Qılman Musayev, Salam Qədirzadə, xalq rəssamı Səttar Bəhlulzadə, məşhur incəsənət ustaları Nəsibə zeynalova, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Sara Qədimova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və onlarca başqa sənətkarlar vaxtilə Masallıda, onun kəndlərində qonaq olmuşlar... 




Sizin Reklam Yeriniz