Əlaqə Arxiv
news Image
2014.06.06
16:12
| A A A
“LİONS CLUB OF BAKU” təşkilatının rəsmi olaraq yaradılmasına həsr olunmuş “Nizamnamə Gecəsi” təşkil edilib

"LİONS CLUB OF BAKU" İB-nin

Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, 4 İyun, 2014 – ABŞ Azərbaycan Təhsil Mərkəzində "No politics" "No religion" "Just Peace & Love" şüarları altında 23 nizamnamə üzvlərinin birləşdiyi "LİONS CLUB OF BAKU" təşkilatının rəsmi olaraq yaradılmasına həsr olunmuş "Nizamnamə Gecəsi" təşkil edilmişdir. "LİONS CLUB OF BAKU" 1917-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmış, Birləşmiş Millətlər Təşkilatı kimi nüfüzlu bir qurumun təsis olunmasında müstəsna rolu olmuş ilk  beynəlxalq qeyri hökümət təkilatlarından biri olan "LİONS CLUBS İNTERNATİONAL"Asosasiyasının yerli təşkilatlarından biridir. "LİONS CLUBS İNTERNATİONAL" qeyri-siyasi və qeyri-dini təşkilat olaraq dünyanın 208-dən çox ölkəsində təqribən 46.000 klubu və təqribən 1.378 milyon üzvünü bir araya toplayan, cəmiyyətdə qlobal liderliyə çalışan humanitar xidmətlər missiyası üzrə ən böyük könüllülər təşkilatıdır. 

"LİONS CLUB OF BAKU" təşkilatının Prezidenti Tural Abbasov mərasim zamanı tədbirdə iştirak edən qonaqlara təşkilatın yaranması və gələcək fəaliyyət istiqamətləri barədə geniş məlumat verdi. Tural Abbasov həmçinin qeyd etdi ki,  "LİONS CLUB OF BAKU" olaraq qarşıdakı illərdə icmanın inkişafı ilə bağlı layihələrdə, təhsil, ətraf mühit, könüllü yardım layihələri və.s fəaliyyətlərə cəlb olunmağı planlaşdırırıq. Lions klublar1917-ci ildən bəri gözdən əlil və görmə qabiliyyəti zəif olan insanlara yardım göstərməyə davam edir və bununla da icma və gəncləri bir araya gətirərək böyük töhfə verməkdədir. Ümumilikdə isə Lions klublar insanları bir araya gətirərək icmalarda ehtiyacları müəyyən edib həmin ehtiyacların aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərən qruplardır.

Sonra isə "LİONS CLUB OF BAKU" təşkilatının yaranmasına dəstək olan  KUTAİSİ LİONS CLUB-unun prezidenti cənab Kakhaberi Gevantaladzenin təbrik məktubu oxundu. Məktubda deyilirdi:  "Mən böyük məmuniyyətlə bu gənc talantlı və potensiallı cənab və xanımları  "LİONS CLUBS İNTERNATİONAL"-a qoşulmaları münsaibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində bol enerji və uğurlar arzu edirəm. Əmninliklə deyə bilərəm ki, Bakı şəhəri bu talantlı gənclərin öz icmalarına verəcəkləri töhfələri ilə fəxr edəcək."  

Tədbirdə iştirak edən "LİONS CLUBS İNTERNATİONAL" təşkilatının regional direktoru cənab John Anderson da çıxışında "LİONS CLUB OF BAKU" təşkilatının təsisçilərini və üzvlərini təbrik edərək təşkilatın gələcək fəaliyyətində uğurlar arzuladı. Sonra  cənab John Anderson "LİONS CLUB OF BAKU" təşkilatının prezidenti Tural Abbasova rəsmi olaraq təşkilatın nizamnaməsini təqdim etdi. Yekunda  isə simvolik olaraq "LİONS CLUB OF BAKU" təşkilatının 23 nəfərdən ibarət olan üzvlərinə təşkilatın nişanları təqdim olundu. Tədbirin rəsmi hissəsi üzvlərin "LİONS CLUB OF BAKU" təşkilatının nizamnaməsinin imzalaması ilə yekunlaşdı. 





Sizin Reklam Yeriniz