Əlaqə Arxiv
news Image
2014.06.06
16:47
| A A A
Allahşükür Paşazadə din xadimlərini radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırıb

 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkənin din xadimlərinə müraciət edərək, radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırıb.


APA-nın məlumatına görə, bu gün QMİ nəzdində təkmilləşdirmə kurslarının ilkin mərhələsinin yekunları ilə bağlı tədbirdə çıxışı zamanı A.Paşazadə bildirib ki, əsl dindarlar ayıq-sayıq olmalıdırlar.

 

Şeyx əvvəlcə mətbuatdan din xadimləri ilə bağlı yazılanlara etirazını bildirib: "Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı".

 

Şeyx mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlardan da danışaraq, dindarları onlara qarşı mübarizə aparmağa çağırıb: "Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Əsl dindarlar haqqı söyləyərək onlara qarşı ayıq-sayıq olmalıdır. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Belə hala qarşı qorxmayın, əksinə, haqqın tərəfində olaraq onlara imkan verməyin".

 

Şeyx din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi məsləhət görüb: "Sizə çağırış edirəm, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər".


Sizin Reklam Yeriniz