news Image
2014.06.06
15:23
| A A A
Ölkənin baş epidemioloqundan dəhşətli virusla bağlı-AÇIQLAMA
İbadulla Ağayev: "“Azərbaycanda “korona virusunun” yayılma təhlükəsi yoxdur"

"Azərbaycanda "korona virusunun" yayılma təhlükəsi yoxdur. Bu virusla bağlı insanların narahatçılıq keçirməsi üçün ciddi əsas yoxdur".

Bu sözləri Movqe.az-a açıqlamasında ölkənin ba epidemioloqu İbadulla Ağayev söyləyib. İ. Ağayev bildirib ki, Respublika Taun Əleyhinə Stansiya, eləcə də, sərhəd keçid məntəqələrində, hava yollarında karantin stansiyaları gücləndirilmiş iş rejimində çalışırlar: "Bizdə bu xəstəliklə bağlı təhlükə yoxdur. Bu virus ümumiyyətlə Azərbaycana məxsus xəstəlik deyil".

 Qeyd edək ki, Səudiyyə Ərəbistanda daha 4 nəfər korona virusundan ölüb. Movqe.az Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın səhiyyə nazirliyi bəyanat yayıb. Bəyanatda hazırda vurusa yoluxmuşların ümumi sayının 537, indiyə qədər ölənlərin isə 173 nəfər təşkil etdiyi bildirilib. Bu arada İraq və Livan səhiyyə nazirləri də öldrücü "Korona" virusunun ölkədə yayılmaması üçün ciddi tədbirlərə başladıqlarını bəyan ediblər. Səudiyyə Ərəbistanının Kralı Yaxın Şərq "tac" virusu (MERS - Middle East Respiratory Syndrome) kimi tanınan virusla bağlı məsələyə xüsusi diqqət ayırır, xəstəliyin qarşısının alınması istiqamətində tədbirlər görülür. Bunu Bakıda səfərdə olarkən Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Abdullah ibn Muhəmməd Ən-Nasir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Həcc ziyarəti zamanı zəvvarların xəstəliyə yoluxma təhlükəsi ilə bağlı sualı cavablandıran Abdullah ibn Muhəmməd Ən-Nasir MERS virusunun Səudiyyə Ərəbistanında kütləvi yayılmadığını bildirib: "Biz bu virusun yayılmasının qarşısını almağa, məhdudlaşdırmağa nail olmuşuq. Bu məsələ KİV-lərdə şişirdilib. Həcc ziyarəti dövrü olmasa da, ümrə ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına minlərlə insan gəlir və onların arasında bu virusa yoluxma halı qeydə alınmayıb".

Onun sözlərinə görə, bu xəstəliyin yayıldığı yerlər arasında Məkkə və Mədinə kimi müqəddəs şəhərlər yoxdur: "Bu virus, əsasən, paytaxt ər-Riyadda və ölkənin bəzi yerlərində qeydə alınıb. Bununla belə, biz bu xəstəliklə mübarizəyə həm yerli, həm də xarici həkimləri cəlb etmişik, peyvəndlər alıb gətirmişik. Bu xəstəlik deyildiyi kimi qorxulu deyil".

Bildirək ki, "Korona" virusu insanlarda və heyvanlarda tənəffüs yolları ilə yoluxmuş bir qrup virusdur. 1965-ci ildə aşkar olunan virus həzm sisteminə də təsir edir. Virusun bir çox fərqli növü vardır. Bütün yaş qruplarına təsir edir, qış və payız aylarında virusa yoluxma imkanı böyükdür.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs