Əlaqə Arxiv
news Image
2014.06.06
19:00
| A A A
Hind məbədində qanlı qarşıdurma

Hindistanda 1984-ci ildə Qızıl Məbəddə edilən hərbi əməliyyatda ölənləri xatırlamaq üçün ediilən dini mərasimdə Siqhlər arasında çıxan qarşıdurmada çox sayda insan yaralanıb.


Movqe.Az xəbər verir ki, Siqhlərin bu müqəddəs məkanında qarşıdurmanın, mərasimdə ilk kimin danışacağı və mikrofonu əldə etmək uğrunda başladığı bildirilib.


Ən az üç nəfərin xəstəxanaya qaldırıldığı qarşıdurmalarda uzun qılıncların istifadə olunduğu görülüb.


Rəsmi rəqəmlərə görə, Pəncab əyalətinin ən böyük şəhəri və Siqhlərin dini mərkəzi Amritsardakı Qızıl Məbəddə separatçı Siqhleri çıxarmaq məqsədiylə 30 il əvvəl edilən əməliyyatlarda 400 vətəndaş və 87 əsgər ölmüşdü. Lakin Siqh qruplar ölü sayının 1000-ə yaxın olduğunu söyləyir.


Sizin Reklam Yeriniz