news Image
2014.06.06
17:52
| A A A
Asif Ata Ocağının aylıq “İnama Doğru” dərgisinin 45-ci sayı çıxdı

Asif Ata Ocağının aylıq "İnama Doğru" dərgisinin 45-ci sayı çıxdı.

Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. Dərginin baş yazısı "İnam Atasız 17 il" adlanır. Bu ayın 5-də İnam Atanın ölümündən 17 il ötür.

"Mən maksimalist doğulmuşam": İnam Ata ilə iki səhifəlik ruhsal təmasda bənzərsiz məqamlar yer alıb.

Sadiq Atalının 31 il öncə Ocaqçılığı ilə bağlı Sovet DTK-sı tərəfindən dindirilməsi də maraqlı məqamlarıyla diqqəti çəkir.

Ocağın Ruhsal Başçısı Safruhun "Uçmağın bir addımlığında", "Qadının... əsəri" içsəsləri dərginin bu sayında oxuculara sunulur.

Eləcə də dərgidə Elxan Hüseynov – Əsilin "Ata həmişə vəhyli idi", İşıqlı Atalının "Rəhman Babaxanlını anarkən", "Yolnur Atalının evində doğmalaşma söhbətləri", "İşıqlı Atalının İnamçılarımızla söhbətləri olub", "İnama Doğru" dərgisinin sayları Milli Kitabxanaya verilib", "Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı "İncəgünü – İncəgülü" saz-söz şöləninin iştirakçılarını kutlayıb", kinoşünas Aydın Dadaşovun "Asif Atanı xatırlayarkən", "İnam Atanın Kutsal Kitabları", "Antimarksist, antikommunist...." (İşıqlı Atalı), Məti Osmanoğlununun "Asif Ata ruhumuzu, mənəviyatımızı dəyişirdi", Yolruh Atalının "İnandığını ötmək", "Ad və anlam" içsəsləri, "Ocağın Ruhsal Mərkəzində Ailə günü keçirilib", "İşıqlı Atalı Space TV-nin "Günaydın" proqramında adlar konusunda danışıb", "İşıqlı Atalı "İncəgünü – İncəgülü saz-söz şöləni"ndə iştirak edib", "Yolruh Atalı Dədə Qorqud dəyərindən danışıb" və b. yazılar yer alıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs